Təhsilə dəyər verən müəllimlər üçün mayın 3-də Qazaxda xüsusi forum təşkil olunacaq. “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” mövzusunda keçiriləcək tədbir ADA Universitetinin Qazax Mərkəzində – Qazax Müəllimlər Seminariyasında baş tutacaq. Forum saat 11:00-da başlayacaq.
Tədbirin əsas məqsədi yeni nəsil tərbiyə modellərinin müzakirəsi, təcrübə paylaşımı və təhsil cəmiyyətində müəllimlərin daha fəal iştirakının təşviqidir. Forum, çağdaş dövrün müəllimi olmaq istəyənlər üçün ilhamverici bir platforma təqdim edəcək.
Forum çərçivəsində iştirakçılar aşağıdakı imkanlara sahib olacaqlar:
– Yeni tərbiyə və təhsil modelləri ilə tanışlıq
– Ən yaxşı təcrübələrin paylaşımı
– Müəllimlər arasında fikir mübadiləsi
– Təhsil cəmiyyətində daha fəal iştirak imkanı
Tədbirin təşkilatçıları Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, Qazax-Tovuz Regional Təhsil İdarəsi və “Azərbaycan müəllimi” qəzetidir.
Forumda iştirak etmək istəyənlər üçün qeydiyyat elektron formada həyata keçirilir: https://forms.gle/snQgimRRhSHXbhBY6
Gələcəyin müəllimləri bu forumda formalaşacaq. Təhsil icmasının bir hissəsi olmaq və yeni nəslin inkişafına töhfə vermək istəyən bütün müəllimlər dəvət olunur.