Dərc olunub: 02.05.2025

 

Naxçıvan məktəblisi ilk dəfə olaraq Respublika fənn olimpiadasında informatika fənni üzrə qalib olub.

Mektebgushesi.az xəbər verir ki, bu barədə “Azərbaycan müəllimi”nə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyindən məlumat verilib. Olimpiadanın Bakı şəhərində keçirilən final mərhələsində  iştirak edən Kəngərli rayon Qıvraq Qəsəbə tam orta məktəbinin X sinif şagirdi Oruc Cabbarlı Naxçıvanda ilk dəfə informatika fənni üzrə III yerin qalibi olub.

Qeyd edək ki, bu Muxtar Respublikada  informatika fənni üzrə qazanılan ilk medaldır.

Məlumat üçün bildirək ki, istedadlı şagird Oruc Cabbarlı Təhsil İnstitutu tərəfindən təşkil olunan kurslara cəlb olunub.