Mektebgushesi

Dərc olunub: 02.05.2025

Mayın 2-də Respublika fənn olimpiadalarının respublika mərhələsinin Azərbaycan dili və ədəbiyyatı və coğrafiya fənləri üzrə final turu keçirilib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Azərbaycan Texniki Universitetinin idman zalında baş tutan imtahanda Azərbaycan dili və ədəbiyyatı fənni üzrə 122 nəfər, coğrafiya fənni üzrə 120 nəfər, ümumilikdə isə 242 nəfər şagird iştirak edib. Nəticələr https://portal.edu.az/ saytı vasitəsilə elan ediləcək.

Qeyd edək ki, riyaziyyat fənni üzrə Respublika fənn olimpiadalarının final mərhələsinin 5-6 may tarixində keçirilməsi nəzərdə tutulur.