Dərc olunub: 03.05.2025
Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) nümayəndə heyəti Türkiyədə işgüzar səfərdədir. Səfər çərçivəsində heyət ilk olaraq Azərbaycan Respublikasının Türkiyə Respublikasındakı Səfirliyində olub, fövqəladə və səlahiyyətli səfir Rəşad Məmmədov tərəfindən Səfirliyin Ankaradakı binasında qəbul edilib.
Görüş zamanı ADPU nümayəndələri Türkiyə universitetləri ilə mövcud və perspektiv əməkdaşlıqlar, ortaq layihələr və təcrübə mübadiləsi barədə məlumat veriblər. Həmçinin, Azərbaycan və Türkiyə arasında təhsil sahəsində əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
ADPU-nun nümayəndə heyətinə universitetin rektoru professor Cəfər Cəfərov, beynəlxalq əlaqələr üzrə prorektor professor Mahirə Hüseynova, Filologiya fakültəsinin dekanı dosent Könül Həsənova, Müasir Azərbaycan dili kafedrasının müdiri dosent Könül Səmədova və Beynəlxalq əlaqələr şöbəsinin müdiri Günay Məhərrəmova daxildir.
Görüşdə iki qardaş ölkənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişləndirilməsi və ortaq təşəbbüslərin dəstəklənməsi məsələləri də müzakirə edilib.