İstanbul Universiteti hazırda həbsdə olan İstanbul bələdiyyəsinin sədri Ekrem İmamoğlunun diplomunu özünün məlumat bazasından silib.
Mektebgushesi.az xəbər verir ki, bu barədə “Sabah” nəşri məlumat yayıb.
Belə ki, siyasətçinin diplomu haqqında məlumat axtararkən universitetin məlumat bazasında yalnız Ekrem İmamoğlunun orta məktəbi bitirməsini təsdiq edən şəhadətnamə haqqında məlumat çıxır.