Dövlət İmtahan Mərkəzi (DİM) 2025/2026-cı tədris ili üçün bədən tərbiyəsi və idman istiqaməti üzrə xüsusi qabiliyyət tələb edən ixtisasların müsabiqə şərtlərini təqdim edib.
DİM-dən bildirilib ki, abituriyentlərin qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış) ümumi balı aşağıdakı şərtləri ödədikləri halda, qabiliyyət imtahanlarına buraxılırlar. Qabliyyət imtahanlarına qeydiyyat tarixləri yaxın vaxtlarda elan olunacaq.
Ali təhsil üzrə
Komissiya kodu | İxtisasın adı | Müsabiqə şərti |
61 | Məşqçilik (idman növləri üzrə) | 70 bal |
62 | Ümumi fiziki hazırlıq
Kütləvi sağlamlaşdırıcı idman Adaptiv bədən tərbiyəsi |
80 bal |
63 | Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi | 80 bal |
Tam orta təhsil üzrə
Komissiya kodu | İxtisasın adı | Müsabiqə şərti |
6401 | Fiziki tərbiyə müəllimliyi | 50 bal |
Ümumi orta təhsil üzrə
Komissiya kodu | İxtisasın adı | Müsabiqə şərti |
152 | Fiziki tərbiyə müəllimliyi | 50 bal |