Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şəki filialının İdman Oyunları Birliyi (İOB) və Şəki Olimpiya İdman Kompleksinin birgə (OİK) əməkdaşlığı ilə Ümumilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə voleybol turniri təşkil edilib.
Yarışda filialı təmsil edən 6, OİK-i təmsil edən 4 komanda iştirak edib. Gərgin keçən yarışın nəticələrinə əsasən “Tiger Qafqaz” komandası 1-ci, “Matador” 2-ci, “Qarabağ” komandası 3-cü yerin sahib olub.
Sonda qalib komandalar kubok, diplom və medallarla mükafatlandırılıblar.