Mayın 7-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” Ərazi Partiya Təşkilatının (ƏPT) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Müasir Azərbaycanın Memarı – Ulu Öndər Heydər Əliyev yaddaşlarda” adlı tədbir keçirilib.
Tədbirddə ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov, sosial və humanitar məsələlər üzrə prorektor prof. Fikrət Rzayev, ATU-nun baş müəllimi, UNESCO-nun Bioetika üzrə Beynəlxalq Müəllimlər Forumunun üzvü Aida Bəndəliyeva, “Fitoterapevtlər İctimai Birliyi”nin sədri, professor Məlahət Qəhrəmanova, “Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova, universitetin müvafiq sturuktur rəhbələri, professor-müəllim heyti və tələlələr iştirak ediblər.
Görüşdən əvvəl qonaqlar Ulu Öndərin universitetdəki abidəsi və şəhidlərin xatirəsinə yaradılmış guşəni ziyarət edib, ADPU-nun Heydər Əliyev Muzeyi ilə tanış olublar.
Tədbiri giriş sözü ilə açan Səbail rayon təşkilatının “Ü.Hacıbəyli-68” ƏPT sədri dos. Sultanəli Qurbanov Heydər Əliyev şəxsiyyətinin Azərbaycan dövlətçiliyi tarixindəki mühüm rolundan bəhs edib.
Ardınca Ümummilli Liderin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, onun həyat və fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
Çıxış edən ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov vurğulayıb ki, Heydər Əliyevin elm və təhsilin inkişafına göstərdiyi diqqət və qayğı Azərbaycan dövlətinin intellektual inkişafının təməlini təşkil edir. Prorektor vurğulayıb ki, Heydər Əliyevin təşəbbüsü ilə hələ 1970–80-ci illərdə azərbaycanlı gənclərin keçmiş SSRİ-nin aparıcı ali məktəblərində və elmi mərkəzlərində təhsil almaları üçün geniş imkanlar yaradılmış, bu proses müstəqillik illərində daha sistemli və məqsədyönlü şəkildə davam etdirilmişdir. Gənclərin müasir biliklərlə silahlanması, onların milli kadra çevrilməsi, müxtəlif sahələrdə ixtisaslaşmış mütəxəssislərin yetişməsi Ulu Öndərin həyata keçirdiyi kompleks və düşünülmüş siyasətin nəticəsidir və bu siyasət bu gün də H.Əliyev siyasi irsinin layiqli davamçısı tərəfindən uğurla davam etdirilir.
Fitoterapevtlər İctimai Birliyi”nin sədri, professor Məlahət Qəhrəmanova və ATU-nun baş müəllimi, UNESCO-nun Bioetika üzrə Beynəlxalq Müəllimlər Forumunun üzvü Aida Bəndəliyeva çıxışlarında bildiriblər ki, Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində apardığı uğurlu quruculuq işləri ölkədə səhiyyə sistemi gücləndirildi, əhalinin sağlamlığının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrildi.
“Azərbaycan Qadınları Respublika Cəmiyyəti” İctimai Birliyinin sədri Bahar Qasımova qeyd edib ki, Ulu Öndər qadınların ictimai-siyasi proseslərdə fəal iştirakını təmin edərək, onların hüquqlarını təmin edən ciddi islahatlar aparmışdır ki, bu islahatlar nəticəsində Azərbaycan qadın hüquqlarının təmini sahəsində nümunə dövlətlərdən birinə çevrilmişdir.
ADPU-nun sosial və humanitar məsələlər üzrə prorektoru professor Fikrət Rzayev Ulu Öndərin müəyyən etdiyi milli-mənəvi istiqamət bu gün də Azərbaycan gəncliyinin formalaşmasında aparıcı ideoloji bazaya çevrildiyini vurğulayıb.
Tədbir ümumi müzakirələrlə davam edib. Sonda YAP sıralarına yeni daxil olmuş əməkdaş və tələbələrə üzvlük vəsiqəsi təddim edilib.