Mektebgushesi

Dərc olunub: 07.05.2025

“Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin siyahısı” təsdiq edilib.

Mektebgushesi.az xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, eyni zamanda “Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı” təsdiq edilib.
Həmçinin “Azərbaycan Respublikasında istehsal olunan, mədəni və yaradıcı sənaye sahələrinə aid edilən məhsul və xidmətlərin siyahısı” və “Azərbaycan Respublikasında xarici iqtisadi fəaliyyət üzrə mədəni və yaradıcı sənaye sahələrinə aid edilən mal və xidmətlərin siyahısı” təsdiq edilib.

Mədəniyyət Nazirliyinə, İqtisadiyyat Nazirliyinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə və digər aidiyyəti dövlət qurumlarına tapşırılıb və Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilib ki, bu Qərarla təsdiq edilmiş siyahıların müvafiq məlumatların toplanılması, hesabatların tərtib edilməsi, təhlili və Azərbaycan Respublikasında iqtisadi fəaliyyətin nəticələrinin hesablanması zamanı nəzərdə tutulmasını təmin etmək üçün zəruri tədbirlər həyata keçirilməsi tapşırılıb.

Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növlərinin SİYAHISI

 

Sıra

№-si

Mədəni və yaradıcı sənaye (MYS) sahələri İFNT

üzrə kodu

 

İqtisadi fəaliyyət növünün* adı

1.  

Mədəni irs

91020 Muzeylərin fəaliyyəti
91030 Tarixi yerlərin və binaların mühafizəsi sahəsində fəaliyyət
2. Arxiv və kitabxanalar 91010 Kitabxana və arxivlərin fəaliyyəti
3. Kitablar, nəşriyyat və mətbuat 18110 Qəzetlərin çap edilməsi
18121 Digər poliqrafiya məhsullarının (qəzetlərdən əlavə) çap edilməsi
18130 Çap işlərinin hazırlanması
18140 Cildləmə və bəzək işləri
47610 İxtisaslaşdırılmış mağazalarda kitabların pərakəndə satışı
47620 İxtisaslaşdırılmış mağazalarda qəzetlərin və dəftərxana ləvazimatlarının pərakəndə satışı
58110 Kitab nəşri
58130 Qəzet nəşri
58140 Jurnal və dövri nəşrlərin dərc edilməsi
63910 Məlumat agentliklərinin fəaliyyəti
74300 Tərcümə üzrə xidmətlər (yazılı və şifahi)
4. Təsviri sənətlər 74100 İxtisaslaşdırılmış dizayn fəaliyyəti
74200 Fotoqrafiya sahəsində fəaliyyət
90030 İncəsənətin sair sahələri üzrə fəaliyyət
5. İfa sənətləri 32200 Musiqi alətlərinin istehsalı
90010 Səhnə sənəti
90020 Səhnə sənəti sahəsində yardımçı fəaliyyət
90040 Teatr və konsert zallarının fəaliyyəti
6. Audiovizual fəaliyyət və multimedia 18201 Səs yazılarının surətinin çıxarılması
18202 Videoyazıların surətinin çıxarılması
18203 Maşın daşıyıcılarının məlumatlarının surətinin çıxarılması
47630 İxtisaslaşdırılmış mağazalarda musiqi və video yazılarının pərakəndə satışı
58210 Kompüter oyunlarının nəşri
59110 Kinofilmlərin, video və televiziya proqramlarının istehsalı ilə əlaqədar fəaliyyət

2

    59120 Kinofilmlərin, video və televiziya proqramlarının hazırlanmasından sonra

fəaliyyət (yığılması)

59130 Kinofilmlərin, video və televiziya proqramlarının yayımı ilə əlaqədar fəaliyyət
59140 Kinofilmlərin nümayişi ilə əlaqədar fəaliyyət
59200 Səsyazma və musiqi nəşrləri ilə əlaqədar fəaliyyət
60100 Radioverilişlərin translyasiya edilməsi
60200 Televiziya proqramlarının tərtib edilməsi və televerilişlərin translyasiya edilməsi
77220 Videolentlərin və disklərin kirayəsi
7. Memarlıq 71111 Memarlıq sahəsində fəaliyyət
8. Reklam işi 73110 Reklam agentliklərinin fəaliyyəti
9. Əl işləri sənətkarlığı 32120 Zərgərlik məmulatlarının istehsalı
10. Mədəniyyət sahəsi üzrə təhsil 85520 Mədəniyyət sahəsində təhsil fəaliyyəti

* Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən iqtisadi fəaliyyət növləri “İqtisadi Fəaliyyət Növləri Təsnifatı”na (AZT029-2008) uyğun olaraq verilmişdir.

Qeyd. Bu siyahıdan əsas fəaliyyəti mədəni və yaradıcı sənaye sahələrinə aid edilən hüquqi və fiziki şəxslərin əhatə dairəsinin müəyyənləşdirilməsi məqsədilə istifadə edilir.

Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) SİYAHISI

MT üzrə kod Peşələrin (vəzifələrin) adı*
2161 Tikinti üzrə memarlar
2162 Mənzərə üzrə memarlar
2163 Məhsul və geyim üzrə dizaynerlər
2164 Şəhərsalanlar və nəqliyyat qovşaqlarının layihəçiləri
2165 Kartoqraflar və topoqraflar
2166 Rəssam-tərtibatçılar və multimedia dizaynerləri
2353 Sair dil müəllimləri
2354 Sair musiqi müəllimləri
2355 Sair incəsənət müəllimləri
2621 Arxivçilər və muzey mühafizəçiləri
2622 Kitabxanaçılar və informasiya ilə əlaqədar bir-birinə yaxın peşələrin peşəkar mütəxəssisləri
2641 Yazıçılar
2642 Jurnalistlər
2643 Yazılı və şifahi tərcüməçilər
2651 Təsviri incəsənət ustaları
2652 Bəstəkarlar, musiqiçilər və müğənnilər
2653 Xoreoqraflar və rəqqaslar
2654 Kino, teatr rejissorları və bunlara yaxın incəsənət xadimləri
2655 Aktyorlar
2656 Radio, televiziya diktorları və sair diktorlar
2659 Digər ibtidai qruplara daxil olmayan incəsənət xadimləri
3431 Fotoqraflar
3432 Tərtibatçılar və dizaynerlər
3433 Teatr, muzey və kitabxanalarda köməkçi heyət
3435 Mədəniyyət və incəsənət sahəsində sair köməkçi heyət
3521 Audiovizual və radio, televiziya verilişləri üçün aparatların operatorları
4411 Kitabxana işçiləri
7312 Musiqi alətlərini hazırlayanlar və sazlayanlar
7313 Zərgərlik bəzək əşyalarının və qiymətli metallardan məmulatların hazırlanması üzrə ustalar
7314 Dulusçular və oxşar peşə fəhlələri
7315 Şüşəni formaya salanlar, taraşlayıcılar, cilalayıcılar və pardaqlayıcılar
7316 Dekorasiya rəssamları, oymaçılar və s.

2

7317 Ağacdan və hörmə materiallardan nəfis məmulatlar hazırlayanlar
7318 Parça, gön və oxşar materiallardan bədii məmulat hazırlayanlar
7319 Digər ibtidai qruplara daxil edilməyən nəfis məmulatlar hazırlayanlar

*Azərbaycan Respublikasında mədəni və yaradıcı sənaye sahələrinə aid edilən peşələrin (vəzifələrin) siyahısı “Məşğulluq Təsnifatı”na (AZT041-2010) uyğun olaraq verilmişdir.