Mayın 8-də Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102 illiyi münasibətilə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) kollektivi Fəxri xiyabanda Ümummilli Liderin məzarını ziyarət ediblər. Ziyarətdə universitetin rəhbərliyi, fakültə dekanları, müvafiq strukturların rəhbərləri, professor-müəllim heyəti və fəal tələbələr iştirak ediblər.
Universitetdən Mektebgushesi.az-a bildirilib ki, ziyarətdə Ulu Öndərin xatirəsi dərin ehtiramla yad edilib, məzarı önünə əklil və tər çiçəklər qoyulub. Müasir Azərbaycanın memarı, Ulu Öndər H.Əliyevin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətləri minnətdarlıqla xatırlanıb, onun əbədiyaşar ideyalarının bu gün də dövlət siyasətimizin əsasını təşkil etdiyini vurğulanıb.
Ziyarət zamanı, həmçinin Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli ictimai xadim və oftolmoloq alim Zərifə xanım Əliyeva və görkəmli dövlət xadimləri Əziz Əliyev və Tamerlan Əliyevin də xatirələri yad olunub, məzarları üzərinə tər çiçəklər qoyulub.