Mektebgushesi

Dərc olunub: 08.05.2025

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialı 2025/2026-cı tədris ili üçün magistraturaya qəbul elan edir.

Mektebgushesi.az xəbər verir ki, M.V.Lomonosov adına MDU-nun Bakı filialının magistratura səviyyəsinə qəbul olunmaq haqqında ərizə qəbulu 12 may – 13 iyun (saat 16:00-dək) 2025-ci il tarixlərində elektron qaydada aparılacaq.

Qəbul aparılan ixtisasların siyahısı, qəbul planı, qəbul qaydaları, imtahan tarixləri və s. məlumatlarla buradan (Azərbaycan dilindərus dilində) tanış ola bilərsiniz.

Ərizə filialın msu.az saytında və yaxud mərkəzin dim.gov.az saytında verilən keçid vasitəsilə doldurula bilər.

Daha ətraflı məlumat əldə etmək üçün pk@msu.az elektron poçt ünvanına yaza və ya göstərilən telefon nömrələrinə zəng edə bilərsiniz.

Əlaqə nömrələri: (+994 12) 593 93 19, (+994 10) 215 75 15 (mob.)