Dərc olunub: 12.05.2025

 

Sumqayıtlı şagird Fransada keçirilən beynəlxalq olimpiadadan 4 medalla qayıtdı.

Bu barədə  Abşeron-Xızı Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, Fransada təşkil olunan Hi-lingua Beynəlxalq ingilis dili Olimpiadasının Grand Final mərhələsində Sumqayıt şəhər 23 saylı tam orta ümumtəhsil məktəbinin 8b sinif şagirdi Hüseynzadə Solmaz möhtəşəm nəticə göstərib.

Qeyd edək ki, gənc istedad bu nüfuzlu yarışmada 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq ölkəmizi və təhsil müəssisəsini layiqincə təmsil edib