Dərc olunub: 13.05.2025

Azərbaycan Dövlət Pedaqoji Universiteti (ADPU) və onun filiallarının bakalavriat və magistratura səviyyələrində təhsil alan tələbələri üçün təşkil olunan “Pedaqoji Universitetin gələcək təhsil liderləri” müsabiqəsinin II mövsümünün mayın 9-da keçirilən final mərhələsinin nəticələri bəlli olub. Final mərhələsinin nəticələrinə əsasən, ən yüksək nəticəyə malik 10 nəfər müsabiqənin qalibi olub.

“bp Azərbaycan”ın sponsorluğu ilə keçirilən müsabiqənin əsas məqsədi istedadlı tələbələri aşkar edərək onların peşəkar inkişafına dəstək olmaq və gələcək kadr bankı formalaşdırmaqdır. Müsabiqənin 10 qalibinin hər birinə 1000 manat məbləğində pul mükafatı və digər hədiyyələr, Təşkilat Komitəsi tərəfindən təyin olunacaq mentorlarla 1 illik peşəkar inkişaf proqramı (proqramın sonunda müvafiq referans məktubu veriləcək) və kadr bankına əlavə olunma imkanı təqdim olunur.

Qaliblərin adları ilə linkdə tanış olmaq mümkündür.