Dərc olunub: 13.05.2025

Mayın 13-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Türkiyə və Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) nümayəndə heyəti ilə görüş keçirilib.

Universitetin qonaqları arasında Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri Şamil Ayrım, Türkiyə-ŞKTC Parlamentlərarası Dostluq Qrupunun sədri Orxan Ərdəm, Şərqi Aralıq Dənizi Universiteti (ŞAU) Vəqf İdarə Heyətinin rəhbəri Ərdal Özcenk, ŞAU rektoru prof. Həsən Qılınc, həmçinin ŞKTC Prezidentinin siyasi işlər üzrə müşaviri və ŞAU Vəqf İdarə Heyətinin üzvü Anıl Qaya yer alıb.

Görüş zamanı Azərbaycan Dövlət Pedaqoji Universitetinin təhsil strategiyası, beynəlxalq əməkdaşlıq sahəsindəki fəaliyyəti və perspektivləri barədə ətraflı məlumat verilib. Tərəflər arasında ali təhsil, tələbə və müəllim mübadiləsi, elmi-tədqiqat əməkdaşlığı və birgə layihələrin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb. ADPU rəhbərliyi və nümayəndə heyəti arasında baş tutan görüş, qardaş ölkələr arasında təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli bir addım kimi dəyərləndirilib.