Azərbaycan Respublikasının Təhsil İnstitutu Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 may 2025-cü il tarixli 275 s nömrəli sərəncamı ilə təsdiq olunmuş plan əsasında 2025-ci il üçün fəlsəfə doktoru proqramları üzrə doktoranturaya (əyani və qiyabi) qəbul elan edir.
Mektebgushesi.az xəbər verir ki, doktorant hazırlığı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2010-cu il 1 iyul tarixli 129 nömrəli qərarı ilə təsdiq edilmiş “Doktoranturaların yaradılması və doktoranturaya qəbul Qaydaları”na uyğun olaraq həyata keçirilir.
Sənəd qabulunun 13 may-2 iyun 2025-ci il tarixlərində həyata keçirilməsi nəzərdə tutulur.
Doktoranturaya sənəd qəbulu “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” (TMİS) vasitəsilə elektron qaydada portal.edu.az saytında həyata keçiriləcək.
Qeydiyyatı təsdiqlənmiş şəxslərin “Xarici dil” imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən 22 iyun, “Xarici dil” imtahanını müvəffəqiyyətlə vermiş şəxslərin “Fəlsəfə” fənni üzrə imtahanı 2-4 sentyabr, “Fəlsəfə” fənni üzrə imtahanı uğurla vermiş iddiaçıların ixtisas imtahanı isə 9-11 sentyabr 2025-ci il tarixlərində keçiriləcək.
Ətraflı məlumat üçün: +994 12 493 82 71; +994 12 599 08 08; daxili (6209) (6236) www.arti.edu.az
