Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktoru səlahiyyətlərini icra edən Elnur Əliyev, Elm və Təhsil Nazirliyinin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Çapay Məmmədov və Təhsil İnstitutunun Qiymətləndirmə, təhlil və monitorinq mərkəzinin direktoru İbrahim Baxışlıdan ibarət nümayəndə heyəti 7–9 may 2025-ci il tarixlərində Türkiyənin İstanbul şəhərində keçirilən PISA İdarəetmə Şurasının (PGB) 59-cu iclasında iştirak edib.
Mektebgushesi.az xəbər verir ki, iclasda 80-dən çox ölkədən nümayəndələr iştirak edərək, tədqiqatın cari vəziyyəti, gələcək strategiyası və təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.
Üç gün davam edən görüşlər çərçivəsində PISA 2025 əsas tədqiqatının icra vəziyyəti, hesabatların strukturu və beynəlxalq hesabatların qrafiki, Azərbaycanın COP29 sədrliyinin təşəbbüsü ilə irəli sürülən iqlim savadlılığı üzrə yeni qiymətləndirmə çərçivəsi, PISA 2029 üçün planlaşdırılan media və süni intellekt savadlılığı və maliyyə savadlılığı sahələrinin tətbiqi kimi məsələlər geniş müzakirə olundu.
Qeyd edək ki, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) rəhbərlik etdiyi PISA (Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı) İdarəetmə Şurası, tədqiqatın strateji istiqamətini müəyyən edən əsas qərarverici o