Dərc olunub: 14.05.2025

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialında “Konstitusiya və suverenlik ili” çərçivəsində “Azad Azərbaycan” telekanalının prezidentinin müşaviri, əməkdar jurnalist, yazıçı, Bakı Slavyan Universitetinin professoru Etibar Babayevin müıllifi olduğu “Xatirələr işığında Heydər Əliyev” kitabının təqdimatı keçirilib.

Quba filialın direktoru professor Yusif Alıyev çıxışında ulu öndər Heydər Əliyevin parlaq və şərəfli həyat yolu, dövlətçilik fəaliyyəti, azərbaycançılıq ideologiyası, Azərbaycanın inkişafı istiqamətində göstərdiyi əvəzsiz xidmətlər haqda danışaraq vurğulayıb ki, Azərbaycanın dövlət müstəqilliyinin qorunması, inkişafı və tərəqqisi birbaşa Ulu Öndərlə bağlıdır. Qeyd edilib ki, Etibar Babayevin “Xatirələr işğında Heydər Əliyev” adlı kitabı H.Əliyev irsinin tədqiqi baxımından vacib əhəmiyyətə malikdir.

Quba Rayon İcra Hakimiyyəti Başçısının müavini Səidə Abbasova, Əməkdar incəsənət xadimi, filologiya elmləri doktoru, yazıçı-publisist Yasif Nəsirlinin, Xalq rəssamı, professor Arif Hüseynovun, hüquq elmləri doktoru İbrahim Quliyevin, Ulu öndər Heydər Əliyevin şəxsi fotoqrafı Rafiq Bağırovun, professor Etibar Babayevin, dosent Nigar Bağırovanın çıxışları dinlənilib. Çıxışlarda Azərbaycan xalqının böyük oğlu, siyasi və dövlət xadimi, Türk dünyasının sevimlisi Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasından, yüksək keyfiyyətlərindən bəhs olunub.