Dərc olunub: 15.05.2025

Rusiyalı alim Kseniya Petrova ABŞ-də qurbağa embrionlarının qaçaqmalçılığına görə həbs edilib və onu 20 ilə qədər həbs cəzası gözləyir.

Mektebgushesi.az –ın TASS-a istinadən xəbərinə görə, bu barədə ABŞ Ədliyyə Nazirliyindən məlumat verilib.

Məlumata görə, Petrova Boston hava limanına çatan kimi ABŞ Gömrük və Sərhəd Mühafizəsinin əməkdaşları tərəfindən saxlanılıb. Əlavə yoxlama zamanı onun baqajında pəncəli qurbağa embrionlarının olduğu qutu aşkar edilib.

İttiham sənədlərinə əsasən, dindirilmə zamanı Petrova deyib ki, ölkəyə daxil olarkən bioloji materialın bəyan edilməsinin vacib olduğunu bilməyib.

Məhkəmə iclasında Ədliyyə Nazirliyinin nümayəndələri alimin Rusiyaya deportasiya edilməsində israr ediblər. Petrovanın işi üzrə növbəti məhkəmə iclası mayın 28-nə təyin edilib.