Mayın 17-də saat 10:30-da Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU), 528-ci auditoriyasında Azərbaycan Mühəndislər Birliyinin təşəbbüsü, ADNSU Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) və Neft-mexanika fakültəsi THİK-in təşkilatçılığı ilə mühəndislik sahəsində təhsil alan tələbələr üçün sertifikatlı təlim keçiriləcək.
Mektebgushesi.az xəbər verir ki, bu barədə ADNSU məlumat yayıb.
“Statik avadanlıqların növləri, istismar tələbləri və təhlükəsizlik standartları” mövzusunda keçiriləcək təlimin spikeri – SOCAR Downstream şirkətinin Mühəndislik şöbəsində statik avadanlıqlar üzrə mühəndis Kazımlı Leyla olacaq. O, iştirakçılara mövzu ilə bağlı praktiki və nəzəri biliklər təqdim edəcək.
Təlimdə iştirak edən hər bir tələbəyə sertifikat təqdim olunacaq.
Bildirilib ki, təlim yalnız ADNSU tələbələri üçün nəzərdə tutulub.
Yerlər məhdud saydadır – qeydiyyatdan keçməyə tələsin: Qeydiyyat üçün bu linkə keçid edə bilərsiniz.
Son qeydiyyat tarixi: 14 may, saat 21:00
