AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Mətbuat tarixi və publisistika şöbəsinin müdiri filologiya elmləri doktoru, professor Vüqar Əhməd Türk Ədəbiyyatı Vəqfi tərəfindən “Doğumunun 100-cü ildönümündə Şeyxülmuharririn Ahmet Kabaklı” medalına layiq görülüb.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, həmçinin Vüqar Əhməd Türk dünyası və türk mədəniyyətinə göstərdiyi xidmətlərə görə bu qurumun fəxri üzvü seçilib. Medalın və üzvlük vəsiqəsinin təqdimetmə mərasimi Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda keçirilib.