Mayın 17-də “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş intellektual məktəb çempionatının zona mərhələsi keçiriləcək.
Mektebgushesi.az xəbər verir ki, VIII-X siniflərin iştirak edəcəyi çempionatda respublikanın bütün bölgələri və paytaxt Bakı da daxil olmaqla 12 regionda təşkil olunacaq. Bakı şəhəri və regionlarda keçiriləcək zona mərhələsində 150-ə yaxın komandanın tərkibində ümumilikdə 1500-ə yaxın məktəbli iştirak edəcək.
Qeyd edək ki, çempionatın keçirilməsində əsas məqsəd şagirdlərin intellektual və yaradıcı bacarıqlarının inkişafına dəstək vermək, analitik düşünmə qabiliyyətlərini artırmaq və onların asudə vaxtlarını səmərəli şəkildə təşkil etməkdir.
