Mektebgushesi

Dərc olunub: 16.05.2025

Mayın 1-dən 14-dək Elm və Təhsil Nazirliyi, eləcə də qurumlarına 30 688 vətəndaş müraciəti daxil olub.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, müraciətlərin 19 459-u çağrı mərkəzləri, 4 781-i elektron, 814-ü isə yazılı formada yönləndirilib. Həmçinin vətəndaş qəbulu zamanı 5 634 müraciət qeydə alınıb.

Müraciətlər xarici diplomların tanınması, texniki işlə təminolunma, təhsil tələbə krediti, birinci sinfə qəbul və digər məsələlərlə bağlı olub.