17 may 2025-ci il tarixdə “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin “Çinar Plaza” otelində 17-ci Ümumi Yığıncağı keçirilmişdir.
Yığıncaqda millət vəkilləri Müşfiq Məmmədli, Ceyhun Məmmədov, şəhid ailəsi -Tünzalə Abdüləlimova və Faiq Abduləlimov, şəhid anası Sənubər Səmədova, şəhid anası Güldəstə İmamverdiyeva, dəyərli təhsil və ictimai xadimlər, professor Südef İmamverdiyev, professor Fuad Məmmədov, əməkdar müəllim, professor Fərrux Rüstəmov, əməkdar müəllim Dilşad Şinqayeva, əməkdar müəllim Hikmət Haqverdili, əməkdar müəllim Zülfiyyə Vəliyeva, Dövlət İmtahan Mərkəzinin nümayəndəsi Xanlar Xanlarzadə, təhsil ekspertləri Nadir İsrafilov, İlham Əhmədov, Fərman Abdullayev, Elşən Qafarov, pedaqoji elmlər doktoru Zəhra Muradova, məktəb direktorları, ictimaiyyət nümayəndələri, regionlardan gələn nümunəvi müəllimlər, valideynlər, məktəb valideyn icmalarının rnümayəndələri və digər təhsil sevərlər iştirak edirdi.
Dövlət himninin səslənməsi və Şəhidlərin ruhu yad edilməsi ilə başlanan tədbirdə Ümumi Yığıncağı idarə etmək üçün 3 nəfərdən ibarət sədarət və yığıncaqğın işçi orqanları seçildi.
2023-2025-ci hesabat-seçki dövrü üzrə fəalyyətlərlə bağlı birliyin icraçı direktoru Şahin Rəcəbov hesabat verdi və hesabat video çarxı nümayiş etdirildi. Yığıncaq iştirakçıları hesabat dövrü üzrə birliyin icraçı direktorunun hesabatını və NTK-nın hesabatlarını qənaətbəxş hesab etdilər. Yığıncağın Təşkilat Komitəsinin sədri Şahin Rəcəbov birliyin “Müəllim cəmiyyətin xilaskarı kimi” layihəsinin nəticəsi olaraq ölkə üzrə seçilmiş regionlardan gələn 30 nümunəvi müəllimi iştirakçılara təqdim etdi və müəllimlər “nümunəvi müəllim” sertifikatı ilə təltif olundurlar.
Yığıncağa gələn qonaqlar -millət vəkili Ceyhun Məmmədov, professor Südef İmamverdiyv, professor Fərrux Rüstəmov, DİM nümayənddəsi Xanlar Xanlarzadə, professor Fuad Məmmədov, əməkdar müəllim, professor Fərrux Rüstəmov, əməkdar müəllim Dilşad Şinqayeva, əməkdar müəllim Hikmət Haqverdili, əməkdar müəllim Zülfiyyə Vəliyeva, təhsil ekspertləri Nadir İsrafilov, İlham Əhmədov, Fərman Abdullayev, Elşən Qafarov, pedaqoji elmlər doktoru Zəhra Muradova, şəhid ailələri, şəhid ailəsi -Tünzalə Abdüləlimova və Faiq Abduləlimov, şəhid anası Sənubər Səmədova, şəhid anası Güldəstə İmamverdiyeva çıxış edərək AVMA-nın fəaliyyətini yüksək qiymətləndirdilər, təhsilin inkişafına dair təkliflərini verdilər.
Daha sonra hesabat-seçki dövrü üzrə birliyin fərqlənən filial nümayəndələri fəxri fərman və sertifikatlarla təltif olundular. 65 yaşdan yuxarı oldugu üçün işdən çıxmış, uzun illər məktəb direktoru işləmiş ziyalılar da qiymətləndirildilər.
Seçkili orqanların 4 il müddətinə seçilməsi ilə bağlı birliyin Nizamnaməsində dəyişiklik yekdilliklə qəbul edildi. Birliyin İdarə Heyəti, Nəzarət-Təftiş Komissiyasının üzvləri, müavinləri seçildilər.
Birliyin icraçı direktoru Şahin Rəcəbov yekdilliklə yenidən “Azərbaycan Valideyn-Müəllim Assosiasiyası” ictimai birliyinin icraçı direktoru seçildi.
Yığıncaqda bir neçə Qeyri – Hökumət Təşkilatı, özəl təşkilatlarla ikitərəfli, qarşılıqlı faydalı, əməkdaşlıq memorandumu imzalandı.
Böyük coşqu ilə keçən Ümumi Yığıncaqda tarzən Bəhruz Əliyev və gənc ifaçı Mehdi Həsənovun ifasında musiqi nömrələri ifa edildi.
AVMA İB Mətbuat Xidməti.