Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Fizika fakültəsinin və fakültə Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Gələcəyə Addım” VII tələbə elmi konfransı keçirilib.
Konfransın açılışında Fizika fakültəsinin dekanı dosent Arzu Daşdəmirov, Bakı Dövlət Universitetinin Optika və molekulyar fizika kafedrasının dosenti Lətif Əliyev, Fizika fakültəsinin TEC sədri dosent Xatirə Adgözəlova çıxış ediblər.
Konfransda 6 bölmə üzrə 123 tələbə öz tezislərini təqdim ediblər. Çıxış edən tələbələr diplom və müvafiq sertifikatlarla təltif olunublar.