Mektebgushesi

Dərc olunub: 19.05.2025

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Qaz-neft-mədən fakültəsinin II kurs tələbəsi Camallı Ruslan Erasmus+ proqramı çərçivəsində Litvada keçirilən “Your Mental Health and Environmental Sustainability” adlı beynəlxalq layihədə iştirak edib və sertifikatla təltif olunub.

Bu barədə  ADNSU-dan məlumat verilib.

Bildirilib ki, 2025-ci il 21 aprel – 2 may tarixlərində baş tutan layihədə Belçika, Ukrayna, Rumıniya, Litva və Azərbaycan daxil olmaqla beş ölkədən nümayəndələr iştirak ediblər. Tədbir müddətində müxtəlif interaktiv seminarlar, təlimlər və qrup işləri təşkil olunub.

Fəaliyyətlər çərçivəsində “Gənclər arasında psixoloji rifahın vacibliyi”, “Ətraf mühitin qorunması və davamlı inkişaf prinsipləri”, “Komanda işi və multikultural mühitdə əməkdaşlıq bacarıqları” və “Ekoloji təmizlik, stresslə mübarizə və emosional dayanıqlılıq” kimi mövzularda praktik məşğələlər keçirilib.