Dərc olunub: 19.05.2025

Dövlət İmtahan Mərkəzi tərəfindən xarici dillər üzrə doktorantura və dissertantura səviyyəsində keçirilən imtahanlara hazırlaşanlar üçün “Doktorantura” adlı metodik vəsait dərc edilib.

Mektebgushesi.az DİM-dən aldığı məlumata əsasən xəbər verir ki, dövlət İmtahan Mərkəzi tərəfindən xarici dillər üzrə doktorantura və dissertantura səviyyəsində keçirilən imtahanlara hazırlaşanlar üçün “Doktorantura” adlı metodik vəsait dərc edilib.

Metodik vəsait doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə keçirilən imtahanlara (qəbul və fəlsəfə doktoru), o cümlədən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına hazırlaşan və bu sahə ilə maraqlanan digər şəxslər üçün nəzərdə tutulub. Vəsaitə imtahanlarla əlaqədar qaydalar, imtahan proqramları, tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib. Metodik vəsaitdə istifadə olunmuş materiallar dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) müvafiq səviyyəsinə uyğunlaşdırılaraq hazırlanıb.

Vəsaiti DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və “Wolt” tətbiqindən sifariş etmək mümkündür.

etodik vəsait doktorantura və dissertantura səviyyəsində xarici dillər üzrə keçirilən imtahanlara (qəbul və fəlsəfə doktoru), o cümlədən əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanına hazırlaşan və bu sahə ilə maraqlanan digər şəxslər üçün nəzərdə tutulub. Vəsaitə imtahanlarla əlaqədar qaydalar, imtahan proqramları, tapşırıq nümunələri və digər zəruri materiallar daxil edilib. Metodik vəsaitdə istifadə olunmuş materiallar dillər üzrə ümum-Avropa tövsiyə çərçivə sənədinin (CEFR) müvafiq səviyyəsinə uyğunlaşdırılaraq hazırlanıb.

Vəsaiti DİM-in əsas inzibati binasından (Bakı şəhəri, Nəsimi rayonu, Akademik Həsən Əliyev küçəsi, 299), həmçinin kitab mağazalarından almaq, www.abiturient.az saytından və “Wolt” tətbiqindən sifariş etmək mümkündür.