Mayın 15-də ümumi təhsil müəssisələrində fəaliyyət göstərən metodistələr üçün “Süni intellektin təhsildə tətbiqi və rolu” mövzusunda onlayn vebinar təşkil olunub.
Mektebgushesi.az xəbər verir ki, vebinarın məqsədi süni intellekt texnologiyalarının təhsil prosesində effektiv istifadəsi, müəllimlərin peşəkar inkişafına dəstəyi və metodik xidmət sahəsində yeniliklərin tətbiqi ilə bağlı maarifləndirici biliklərin paylaşılması olub.
Vebinarda süni intellektin funksiyaları, tədris və qiymətləndirmə prosesinə inteqrasiyası, müəllimlərin iş yükünün azaldılması və fərdi yanaşmanın təmin olunması sahəsində təqdimatlar keçirilib. Həmçinin iştirakçılara süni intellektə əsaslanan müxtəlif platformalar və alətlərlə bağlı praktiki nümunələr təqdim olunub.
İştirakçılar vebinar çərçivəsində suallarını ünvanlamaq, təcrübələrini bölüşmək və qarşılıqlı fikir mübadiləsi aparmaq imkanı əldə ediblər.
