Mektebgushesi

Dərc olunub: 20.05.2025

Mayın 6-dan etibarən həyata keçirilən 2025-2026-cı tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.

Mektebgushesi.az xəbər verir ki, rus bölməsi üzrə müsahibəyə yazılma prosesinə 6 may tarixindən etibarən başlanılıb və 20 may 2025-ci il saat 18:00-da başa çatacaq.

05 iyun saat 11:00-dan etibarən Azərbaycan bölməsi üzrə, 17 iyul saat 11:00 tarixindən isə rus bölməsi üzrə sərbəst qaydada məktəb və müəllim seçimi həyata keçiriləcək.

Qeyd edək ki, bu günə qədər 104 minə yaxın uşağın birinci sinfə qəbulu prosesi tamamlanıb. Proses www.mektebeqebul.edu.az portalı vasitəsilə elektron şəkildə həyata keçirilir.

İnternetə çıxış imkanı olmayan vətəndaşlar isə aidiyyəti üzrə:

–  Alternativ qeydiyyat mərkəzlərinə

–  Agentliyin və təhsili yerli idarəetmə bölmələrinin çağrı mərkəzlərinə

–  ASAN xidmət mərkəzlərinə müraciət edə bilərlər.

Qeyd edək ki, qəbul prosesi 12 sentyabr 2025-ci il tarixinədək davam edəcək.