Mayın 20-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin Məktəbəqədər təhsil ixtisası tələbələrinin təşkilatçılığı ilə “Oyun Festivalı” keçirilib.
Festival Məktəbəqədər təhsil fakültəsinin dekanı dosent Nailə Hüseynova açılış nitqi ilə start götürüb. Tədbirdə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsil üzrə şöbə müdiri İlahə Rəsulova, 344 nömrəli uşaq bağçası, “Learning tree”, “Bağçam.az” uşaq bağçası şəbəkəsi, “Cahan” uşaq bağçası, Sumqayıt Dövlət Universiteti və Bakı Slavyan Universiteti əmədaşları, tələbələri və digər qonaqlar iştirak ediblər.

Festivalın əsas məqsədi uşaqların təlim-tərbiyə prosesində oyunun əhəmiyyətinin nümayiş olunması, onların yaradıcılıq, əməkdaşlıq və sosial bacarıqlarını inkişaf etdirmək, eyni zamanda tələbələrin nəzəri biliklərini praktik fəaliyyətdə tətbiq etmələrinə şərait yaratmaq olub.
Festival çərçivəsində tələbələr, müəllimlər və qonaqlar müxtəlif əyləncəli oyunlarda iştirak edib, oyun əsaslı öyrənmə metodikası ilə yaxından tanış olublar.