ADNSU Malatya Turgut Özal Universiteti ilə tələbə və müəllim mübadiləsi, elmi fəaliyyət və digər istiqamətlərdə əməkdaşlıq edəcək
Mayın 21-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Malatya Turgut Özal Universitetinin nümayəndə heyəti ilə görüş keçirilib.
Görüşdə ADNSU-nun rektoru, dosent Rüfət Əzizov çıxış edərək universitetin tarixi, mövcud ixtisasları və beynəlxalq əlaqələri barədə ətraflı məlumat verib. Malatya Turgut Özal Universitetinin rektoru, professor Recep Bentli isə təmsil etdiyi ali təhsil müəssisəsinin fəaliyyət istiqamətləri və inkişaf perspektivləri haqqında danışıb.
Tərəflər əsasən birgə akademik proqramlar, tələbə və müəllim mübadiləsi, sosial elmlər və media sahəsində birgə elmi fəaliyyət, həmçinin elmi təcrübə və informasiya mübadiləsi istiqamətlərində əməkdaşlıq imkanlarını müzakirə ediblər.
Görüşün sonunda universitetlər arasında əməkdaşlıq memorandumu imzalanıb.
Daha sonra xatirə hədiyyələri təqdim olunub və qonaqlar ADNSU-nun Tarix Muzeyi ilə tanış olublar.