Mektebgushesi

Dərc olunub: 21.05.2025

Nobel mükafatçısı Əziz Səncərə Əlişir Nəvai mükafatı veriləcək.

Mektebgushesi.az  “Report”a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mayın 21-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının qeyri-rəsmi Zirvə görüşündə məlumat verib.

Onun sözlərinə görə, Əziz Səncər Türk dünyasının mədəniyyət elçisidir və türk elminin inkişafına böyük töhfə verib.