Rüstəm Aslanov Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinə təyin olunub.
Mektebgushesi.az -ın əldə etdiyi məlumata görə, 21 may 2025-ci il tarixindən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinin icrası ona həvalə olunub.
Aslanov Rüstəm Namiq oğlu 11 iyul 1995-ci ildə Mingəçevir şəhərində anadan olub. Tam orta təhsilini 2012-ci ildə Mingəçevir şəhəri R.Muradov adına texniki və humanitar fənləri liseydə alıb. 2012-2016-cı illərdə Bakı Dövlət Universitetinin tarix fakültəsində bakalavriat səviyyəsi üzrə tarix ixtisası təhsili alıb.
Əmək fəaliyyətinə müxtəlif özəl təşkilatlarda menecer olaraq başlayıb. 2020-2022-ci illərdə Zəngilan rayon Təhsil Şöbəsində məsləhətçi vəzifəsində çalışıb. 2022-ci ilin may ayından etibarən isə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Mərkəzi Aran Regional Təhsil İdarəsində İnzibati təşkilat sektorunda aparıcı məsləhətçi vəzifəsində çalışır. 21 may 2025-ci il tarixindən Mərkəzi Aran Regional Təhsil İdarəsinin müvafiq əmri ilə Ağdaş rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsinin icrası ona həvalə olunub.
Qeyd edək ki, hazırda Mingəçevir Dövlət Universitetində Menecment ixtisası üzrə ali təhsil alır. 2-ci dərəcəli dövlət qulluqçusudur.