Mektebgushesi

Dərc olunub: 22.05.2025

Bu il Qurban bayramı münasibətilə Azərbaycanda 4 gün ardıcıl qeyri-iş günü olacaq.

Mektebgushesi.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, Qurban bayramı iyunun 6-sı və 7-si qeyd olunacaq.

Əmək Məcəlləsinə uyğun olaraq, 7 iyun şənbə gününə təsadüf etdiyindən, 9 iyun (bazar ertəsi) əlavə qeyri-iş günü kimi müəyyən olunub. 8 iyun isə bazar gününə düşür.

Beləliklə, 6, 7, 8 və 9 iyun tarixləri ardıcıl olaraq qeyri-iş günü olacaq.

Qeyd edək ki, bu gün Qafqaz Müsəlmanları İdarəsi Qurban bayramı ilə bağlı fətva verib. Bildirilib ki, Qurban bayramı iyunun 6-da qeyd ediləcək.