Mayın 22-də 25 nömrəli tam orta məktəbdə tənəffüs vaxtı (saat 10:30 radələrində) VIII sinif şagirdi digər şagirdə (müvafiq səbəbdən şagirdlərin adı qeyd olunmur) mübahisə zamanı yüngül xəsarət yetirib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən Mektebgushesi.az -a bildirilib ki, xəsarət alan şagirdə müvafiq tibbi yardım göstərilib, dərhal təcili tibbi yardıma, hüquq-mühafizə orqanlarına və şagirdlərin valideynlərinə məlumat verilib.
Məsələ aidiyyəti qurumlar tərəfindən nəzarətə götürülüb, müvafiq araşdırmalara başlanılıb.
İctimaiyyətdən araşdırma aparıldığını nəzərə alaraq məsələyə daha həssas yanaşılması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur.