Mektebgushesi

Dərc olunub: 23.05.2025

“Növbəti ildən apellyasiya qaydalarında dəyişiklik ola bilər. Belə ki, bu il buraxılış imtahanlarından sonra da müşahidə etdik ki, abituriyentlər tərəfindən apellyasiyaya əsaslandırılmamış müraciətlər çoxluq təşkil edir. Bu isə mövcud resurslarımızın lazımından artıq sərf olunmasına səbəb olub”.

Mektebgushesi.az xəbər verir ki, bunu bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar təşkil edilən brifinqdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O bildirib ki, əksər Avropa ölkələrində apellyasiya müraciətləri ödənişlidir: “Azərbaycanda isə bu proses hazırda ödənişsiz şəkildə həyata keçirilir. Lakin növbəti ildən bu sahədə müəyyən dəyişikliklərin edilməsi nəzərdə tutulur. Belə ki, əsaslandırılmamış, səbəbi göstərilməmiş apellyasiya müraciətlərinin qəbulu məhdudlaşdırılacaq”.