Bu il ali təhsil müəssisələrinə qəbul olmaq üçün qeydiyyatdan keçən abituriyentlərin sayı 130 mindən artıqdır.
Mektebgushesi.az xəbər verir ki, bunu bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar təşkil edilən brifinqdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, ötən illə müqayisədə ərizələrin sayında təqribən 12 min artım var. Bu, ilk növbədə, 2025-ci ildə məzun olan abituriyentlərin sayının çoxluğu ilə bağlıdır. Bu il buraxılış imtahanlarında 116 mindən çox şagird iştirak edib.