Mektebgushesi

Dərc olunub: 23.05.2025

“Süni intelektə aid elementlər bizdə çoxdan tətbiq edilir. Buraxılış imtahanlarında yazı işlərinin yoxlanılmasında süni intellekt vasitələrindən istifadə edilir”.

Mektebgushesi.az xəbər verir ki, bunu bu gün ali təhsil müəssisələrinə qəbul imtahanlarının başlanması ilə əlaqədar təşkil edilən brifinqdə Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, 2 milyon 700 min yazı işi yoxlanılıb. Bu yoxlamalar süni intelektin köməyilə edilib:

“Yalnız proqram və ya yalnız insan tərəfindən aparılan yoxlamalarda mexaniki və subyektiv səhvlərin baş verməsi mümkündür. Məhz bu səbəbdən yazı işlərinin qiymətləndirilməsi prosesində süni intellektlə yanaşı, mütəxəssis müdaxiləsi də təmin olunur. Süni intellektdən istifadə prosesini addım-addım həyata keçiririk. Hazırda müəyyən proseslər artıq insan müdaxiləsi olmadan yerinə yetirilir. Lakin yazı işlərinin yoxlanması mərhələsində yalnız süni intellektdən istifadə olunması barədə danışmaq hələ tezdir”.