Türkiyənin Hakkari bölgəsinin Şemdinli rayonunda tələbələri daşıyan mikroavtobusun idarəetmədən çıxaraq aşması nəticəsində 13 nəfər xəsarət alıb.
Oxu.Az bu barədə İHA agentliyinə istinadən məlumat yayıb.
İlkin açıqlamaya görə, tələbələri daşıyan mikroavtobusun əyləc sistemində yaranan nasazlıq nəticəsində nəqliyyat vasitəsi yoldan çıxaraq yamaca çırpılıb və aşıb.