Dəmir yolu keçidində təhlükə vaxtında aradan qaldırılmadı, 15 yaşlı yeniyetmə qatardan həyatını itirdi.
Mektebgushesi.az xəbər verir ki, “Xəzər Xəbər”ə istinadla xəbər verir ki, bir ay əvvəl dəmir yolu keçidində liftin işləmədiyi gündəmə gətirilmiş, bu problemin ciddi təhlükə yaratdığı vurğulamışdı. Təəssüf ki, xəbərdarlıq təsirsiz qaldı və ötən gün acı nəticə baş verdi – sürət qatarı 15 yaşlı məktəblini vuraraq öldürdü.
Hadisə Zabrat-1 stansiyasında qeydə alınıb. Hərəkətdə olan sürət qatarının qarşısına qəflətən bir nəfər çıxıb. Maşinist tərəfindən təcili tormozlama aparılsa da, məsafənin qısa olması səbəbindən toqquşmanın qarşısını almaq mümkün olmayıb.
Hadisə nəticəsində 15 yaşlı Nemət həyatını itirib. Yaxınlarının sözlərinə görə, o, həmin vaxt dostlarının yanına gedirmiş. Qeyd olunur ki, faciənin baş verdiyi yer artıq 15 ildir mövcuddur və burada dəfələrlə bədbəxt hadisələr yaşanıb.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
