Mektebgushesi

Dərc olunub: 27.05.2025

“Ötən çağırışda “Ali təhsil haqqında” qanun layihəsi üzərində ciddi iş getdi, hətta universitet rektorları, Dövlət İmtahan Mərkəzi, Elm və Təhsil Nazirliyi ilə müzakirələr apardıq. Qanunun layihə forması ötən çağırışdan hazırdır, bu çağırışda hansı addımlar atılacağı ilə bağlı isə hələ yekun bir yanaşma yoxdur”.

Mektebgushesi.az xəbər verir ki, bunu “Azərbaycan müəllimi”nə müsahibəsində millət vəkili, Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov deyib.

O bildirib ki, ümumiyyətlə, qanun qəbulu asan proses deyil. Burada Elm və Təhsil Nazirliyinin mövqeyi var, Milli Elmlər Akademiyasını düşündürən məsələlər var, universitetlərin praktik baxımdan fərqli baxışları var, Dövlət İmtahan Mərkəzinin özünün bir fərqli baxışı var.

“Bu layihədə də bütün mövqeləri uzlaşdırdıqdan sonra bu məsələnin gündəmə çıxarılması və müzakirəsi nəzərdən keçirilə bilər”, – deyə o qeyd edib.