Dövlət Vergi Xidmətinin müvafiq əmri ilə təsdiq olunmuş “Müasir Vergi Orqanlarınınn” yaradılmasının 25 illiyi ilə əlaqədar görüləcək işlərlə bağlı “Tədbirlər Planı”na uyğun olaraq 2025-ci ilin yanvar-iyun aylarında tələbələr arasında “Vergilər” mövzusunda ümumirespublika olimpiadasının keçirilməsi planlaşdırılıb.
Tədbirlər Planına uyğun olaraq Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi və İnsan resursları baş idarəsi Lənkəran Dövlət Universiteti ilə birgə 27 may 2025-ci il tarixində LDU-nun “İqtisadiyyat və idarəetmə” fakültəsinin “İqtisadiyyat”, “Mühasibat”, “Menecment”, “Beynəlxalq ticarət və logistika” ixtisasının tələbələri arasında vergilər mövzusunda olimpiadanın I mərhələsini keçirib.
İlk beşliyə daxil olan tələbələr olimpiadanın yekun mərhələsinə keçid hüququ qazanıb.