Mektebgushesi

Dərc olunub: 28.05.2025

Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu və Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin birgə təşkilatçılığı ilə həyata keçirilən BilBacar müsabiqəsinin birinci mərhələsi başa çatıb.

Mektebgushesi.az xəbər verir ki, 2024-cu ilin oktyabr ayından start verilən müsabiqədə respublikanın 2000-ə yaxın ümumi təhsil müəssisəsinin VIII, IX və X siniflərindən 170 000-ə yaxın şagird iştirak edib.

Şagirdlərin səriştə əsaslı tapşırıqlarla işləmə vərdişlərini inkişaf etdirmək, rəqəmsal platformada imtahan vermə bacarıqlarını formalaşdırmaq və eyni zamanda, xüsusi istedadlı şagirdləri və qabaqcıl məktəbləri müəyyən etmək məqsədilə həyata keçirilən müsabiqənin final mərhələsi 5 iyun 2025-ci il tarixində keçiriləcək. Hər sinif üzrə 150 nəfər olmaqla, ümumilikdə 450 şagird finalda iştirak hüququ qazanacaq.

Yaxın günlərdə final mərhələsinə keçən şagirdlərin adları açıqlanacaq və onlar müsabiqənin son mərhələsinə dəvət olunacaqlar. Finalçılara mərhələ ilə bağlı ətraflı məlumat təqdim ediləcək.