Dərc olunub: 29.05.2025

Bakı şəhəri Nərimanov rayonunda yerləşən 73 nömrəli tam orta məktəbin direktoru tutduğu vəzifədən azad edilib.

Mektebgushesi.az  xəbər verir ki, onunla imzalanan əmək müqaviləsinə xitam verilib.

Məlumatı Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) saytımıza təsdiqləyiblər.

“Bakı şəhərindəki 73 nömrəli tam orta məktəbin direktoru Şəhanə Əhmədova ilə bağlanmış əmək müqaviləsinə 23 may 2025-ci il tarixdən Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (işçinin təşəbbüsü ilə) xitam verilib”,- deyə BŞTİ-dən verilən cavabda qeyd edilib.

Qeyd edək ki, Əmək Məcəlləsinin sözügedən maddəsinə görə, əmək müqaviləsinə tərəflərdən birinin təşəbbüsü ilə xitam verilə bilər.

Şəhanə Şamil qızı Əhmədova 26 mart 1963-cü ildə Lənkəran şəhərində anadan olub. 1985-ci ildə Azərbaycan Pedaqoji İnstitutunun Kimya-Biologiya fakultəsini bitirib. 1985-ci ildən 1993-cü ilə qədər Lənkəran şəhər 3 nömrəli orta məktəbdə ilk əmək fəaliyyətinə başlayaraq müəllim işləyib.

1993-cü ildən 2003-cü ilə kimi Lənkəran şəhər Pedaqoji texnikumunda müəllim vəzifəsində çalışıb.

2003-cü ildən 2009-cu ilə qədər Lənkəran şəhər 3 nömrəli orta məktəbdə direktor, 2009-cu ildən 2011-ci ilə qədər Lənkəran şəhər 1 nömrəli məktəbdə direktor vəzifələrində işləyib.

2011-ci ildən 2017-ci ilə qədər isə Təhsil Şöbəsinin müdiri vəzifəsində çalışıb.

2018-2023 -cü ilin sentyabr ayına qədər Bakıdakı 24 nömrəli məktəbin direktor vəzifəsində işləyib.

2023-cü ildən indiyə kimi 73 nömrəli məktəbin direktoru vəzifəsini tuturdu. Ailəlidir, 3 övladı var.