TİKA-nın Bakı Proqram Koordinatoru Hayrettin Özçelik isə bildirib:
“TİKA, ətraf mühitin mühafizəsi, dayanıqlı inkişaf və gənclərin bu sahələrdə maarifləndirilməsi istiqamətində bir çox ölkədə olduğu kimi, Azərbaycanda da mühüm layihələr həyata keçirir. Azərbaycanın ümummilli lideri Heydər Əliyevin də təhsil aldığı bu universitetdə təşkil etdiyimiz təlim proqramının, ətraf mühitə həssas peşəkarların və vətəndaşların yetişməsinə töhfə verəcəyinə, eyni zamanda ölkələrimiz arasındakı dostluq və əməkdaşlığı daha da möhkəmləndirəcəyinə inanırıq”.
Çevrimdaxili təlim, yüksək səviyyəli əyani təlim və Türkiyədə staj olmaqla üç mərhələdən ibarət təşkil olunan təlim proqramının ilk mərhələsini – çevrimdaxili təlimi uğurla başa vuran 30 tələbə hazırda yüksək səviyyəli əyani təlimdə iştirak edir. Bu mərhələdə uğur qazanan 5 tələbə yay aylarında staj keçmək üçün Türkiyəyə göndəriləcək.