Bu gün paytaxt Bakıdakı 194 nömrəli tam orta məktəbin ibtidai siniflərinin buraxılışı ilə bağlı tədbir keçirilib. Tədbirdə məktəbin müəllim heyəti və şagirdlərlə bərabər, valideyinlər də iştirak ediblər. 4D sinfinin rəhbəri Sayalı Hüseynovanın təşkilatçılığı ilə şagirdlərin möhtəşəm bayram tədbiri də qeyd olunub — Bir sözlə, məktəbdə bayram bayrama qarışıb. Belə ki, 28 May – Azərbaycanın Müstəqillik Günü və ibtidai siniflərin buraxılışı hər kəsdə yüksək bayram əhval-ruhiyyəsi yaradıb.
Onu da qeyd edək ki, məktəbdəki təhsil səviyyəsi bütün valideynlərdə yüksək məmnunluq yaradıb. Məhz buna görə də, məktəbin direktoru Elnarə Zeynalovanın əməyini valideynlər də yüksək razılıqla vurğulayıblar.
Bu bayram günündə şagirdlərin konsert proqramı da təşkilatçılar tərəfindən yüksək ustalıqla hazırlanıb və hər bir tamaşaçıda yüksək məmnunluq hissləri yaradıb.
Sonda məktəbin direktoru Elnarə Zeynalovanın səmimiyyətdən dogan çıxışı dinlənilib. Belə bir səviyyədə yekunlaşan bu tədbirdən
hazırladığımız video-çəkilişi sizlərə də təqdim edirik: