Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki məktəbəqədər təhsil müəssisələrində 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbirlər keçirilib.
Tədbirlərdə Uşaqların Beynəlxalq Müdafiəsi Gününün tarixi barədə ətraflı məlumat verilib, ölkəmizdə uşaqlara göstərilən diqqət və qayğıdan, onların sağlam mühitdə böyüməsi, tərbiyə alması üçün həyata keçirilən tədbirlərdən danışılıb. Bildirilib ki, Azərbaycanda uşaqların xoşbəxt yetişmələri, sosial problemlərinin həlli, uşaq hüquqlarının etibarlı təminatı baxımından bütün addımlar atılır.
Tədbirlərdə balaca fidanlar Azərbaycan və dünya xalqlarına məxsus mahnılar oxuyub, şeirlər söyləyib, ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.