Xəbər verdiyimiz kimi, Dövlət İmtahan Mərkəzi (DİM) 20 aprel 2025-ci il tarixində keçirilmiş ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanının nəticələrini elan edib. İmtahanda maksimal bal toplayan şagirdlərin adları da açıqlanıb.
Mektebgushesi.az xəbər verir ki, Bakı şəhəri fizika-riyaziyyat və informatika təmayüllü liseyin 2 şagirdi də 300 bal toplayanlar sırasında yer alıb. Belə ki, liseyin 9a sinif şagirdi Fərid Qüdrət oğlu Cəfərov və 9b sinif şagirdi Aysu Vüqar qızı Əliyeva ən yüksək nəticə əldə ediblər.
Lisey rəhbərliyinin 300 bal toplayan şagirdlərinə təbrikində deyilir:
“Şagirdlərimizi, onlar üçün əziyyət çəkən hər kəsi təbrik edirik! Əziz Aysu və Fərid, sizinlə qürur duyuruq!”