2025-ci il 9-cu sinif buraxılış imtahanlarında Bakı Dövlət Universitetinin (BDU) nəzdində “Gənc istedadlar” liseyinin 3 şagirdi maksimal – 300 bal toplayaraq möhtəşəm uğura imza atıb.
Mektebgushesi.az xəbər verir ki, bu barədə liseyin açıqlamasında deyilir.
Belə ki, Fidan Yaqubəliyeva, Zeynəb İsmayılova və Turqut Hüseynli imtahanda maksimal bal toplayıblar.
“Bu nəticə yalnız bilik deyil, zəhmət, əzm və liseyimizin yüksək təhsil keyfiyyətinin bariz nümunəsidir! Onlar sadəcə sualları yox, çətinliyi, məsuliyyəti və hədəfi fəth etdilər! Bu qələbə həm onların, həm də müəllim və valideynlərimizin zəhmətinin təntənəsidir! Qürurumuzsunuz! Təbrik edirik və daha böyük zirvələr arzulayırıq!”, – liseyin təbrikində bildirilir.