Dərc olunub: 31.05.2025

İranda 17 tələbə qaz sızması nəticəsində zəhərlənib.

Mektebgushesi.az xəbər verir ki, bu barədə IRNA məlumat yayıb.

Bildirilib ki, hadisə İlam Universitetinin yataqxanasında baş verib.

Zəhərlənən tələbələrdən 5-i xəstəxanaya yerləşdirilib, digərləri isə ambulator müalicə alırlar.