Dövlət İmtahan Mərkəzinin (DİM) “YouTube” kanalı I və IV ixtisas qrupları üzrə qəbul imtahanlarında istifadə olunmuş qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunub və ekspertlər tərəfindən cavabların geniş izahatı verilib.
Mektebgushesi.az xəbər verir ki, iyunun 2-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.
İmtahanda 45 679 abituriyentin iştirakı nəzərdə tutulurdu.
Bu gün saat 15:00-da DİM-in “Youtube” kanalı vasitəsilə canlı yayım ediləcək və Mərkəzin məsul əməkdaşları, ekspertlər tərəfindən imtahanlarda istifadə olunmuş test tapşırıqları ilə bağlı geniş izahat veriləcək, həmçinin qapalı və kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları təqdim olunacaq.
Abituriyentlər suallarını “Facebook“da yerləşdirilən müvafiq linkin altına yaza bilərlər.
İyunun 2-dən etibarən DİM-də imtahan protokolları və materialların emalına başlanılacaq.
İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması vaxt tələb etdiyindən nəticələrin 2 həftədən sonra elan olunması nəzərdə tutulur.